Akademik Asəf Nadirov vəfat edib

10:38 | 14.03.2014
Akademik Asəf Nadirov vəfat edib

Akademik Asəf Nadirov vəfat edib

Akademik Asəf Nadirov vəfat edib.APA-nın məlumatına görə, Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində dünyasını dəyişib.Qeyd edək ki, Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində anadan olub.1951-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirmişdir. 1968-ci ildə iqtisadi elmlər doktoru, 1970-ci ildə isə professor elmi dərəcəsinə yüksəlib. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb.2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür.Asəf Nadirovun rəhbərliyi ilə 6 nəfər doktor və 60 nəfərdən artıq namizədlik dissertasiyası müdafiə edib.Mərhum akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM