Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni işçilərin işə qəbulu bir qayda olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun, müddətli əmək müqavilələri əsasında həyata keçiriləcəkdir. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin iclasında qəbul edilib.Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, məcəllədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70 yaşdır: "Buna baxmayaraq, məcəllənin digər bəndlərinə edilmiş əlavələr dövlət büdcəsindən maliyyələşən elm, mədəniyyət, səhiyyə və təhsil müəssisələrində çalışmanın yaş həddinin 70-dən yuxarı uzadılmasına imkan verir".O, bildirib ki, əmək qanunvericiliyinə edilən bu əlavə əvvəlki əlavələrlə ziddiyyət təşkil edir: "Bu qanun norması AMEA-nın elmi müəssisələrində çalışmanın yaş həddini aşmış çoxsaylı elmi və digər işçilərin fəaliyyət göstərməsinə süni şərait yaradır".Qərara görə, AMEA-da çalışan 18-60 yaş arası şəxslərlə əmək müqavilələri 4, altmış yaşdan yuxarı şəxslərlə isə 1 il müddətinə bağlanacaqdır. Həmçinin, Akademiyada çalışan işçilərin 2014-cü ildə fevralın 1-dən aprelin 30-dək attestasiyası keçiriləcəkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !