Akif Əlizadə: Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib

14:01 | 23.10.2017
Akif Əlizadə: Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib

Akif Əlizadə: Azərbaycanın zəlzələ ocaqları tam öyrənilib

Bu gün Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda seysmologiyaya həsr olunan seminarda çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanda seysmoloji tədqiqatlar son 50-60 il ərzində intensiv olaraq aparılıb: "Azərbaycanda yer fizikası böyük inkişaf tarixinə malik deyil. Bu sahə 1950-ci illərdən sonra inkişaf edib. Ona qədər neft fizikası inkişaf edirdi".

AMEA prezidenti qeyd edib ki, Xəzərin seysmikliyinin öyrənilməsi seysmoloqlar üçün ən əsas məsələlərdən biridir.

Onun sözlərinə görə, Xəzərin seysmikliyinin öyrənilməsi üçün dib seysmoqrafları alınıb. Həmin avadanlıqların yaxın zamanlarda quraşdırılacağına ümid edən A.Əlizadə qeyd edib ki, onlar əsasında əldə ediləcək məlumatlar seysmik vəziyyətin öyrənilməsi üçün çox əhəmiyyətli olacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti