Akılbek Japarov tutduğu vəzifədən azad edilib

09:16 | 16.12.2024
Akılbek Japarov tutduğu vəzifədən azad edilib

Akılbek Japarov tutduğu vəzifədən azad edilib

Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov tutduğu vəzifədən azad edilib. Bu barədə TASS-a dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Mənbənin məlumatına görə, Nazirlər Kabinetinin rəhbərinin vəzifədən azad edilməsi haqqında sərəncamı Qırğızıstan prezidenti Sadır Japarov imzalayıb.


Japarov Nazirlər Kabinetinin sədri olub və 2021-ci ilin oktyabrından Qırğızıstan prezident administrasiyasına rəhbərlik edib. Bəzi yerli media onun öz istəyi ilə getdiyini, bəyanat yazdığını yazıb.

Vesti.az -ın məlumatına görə , bundan əvvəl hökumət başçısının birinci müavini vəzifəsində çalışmış 64 yaşlı Adılbek Kasıməliyev baş nazirin səlahiyyətlərini icra edən və prezident administrasiyasının rəhbəri təyin edilib.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM