"Akkreditasiyadan keçərək kart əldə edən jurnalistlər bilməlidirlər ki, belə bir karta malik olmaları onlara istədikləri hərbi hissələrə daxil ola biləcəkləri imkanı vermir"
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı "Ekstremal situsasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrənilməsi" tədbirində belə deyib.
ANN.Az xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin klubunda "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübə öyrədilməsi ( ekstremal jurnalistikada qoyulan tələb və davranışlar)" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən MN-nin mətbuat katibi Vaqif Dərgahlı ekstremal şəraitlərdə qeyri-peşəkarlığın bütün jurnalistlərə aid etməyi düzgün saymayıb: "Keçən il cəbhədə baş verən hadisələr zamanı biz bir çox jurnalistlərlə əlaqə saxlayıb dəqiq informasiya almaq və yazmaq üçün onları cəbhəyanı bölgələrə göndərdik. Nəticəsi də yaxşı oldu.Ümumiyyətlə, hərbi məlumatlarla bağlı informasiyalara jurnalistlər diqqətlə yanaşmalıdırlar, biz qələm sahiblərindən bunu dəfələrlə xahiş etmişik".
Mətbuat katibi qeyd edib ki, belə bir layihənini gerçəkləşməsini müdafiə naziri Zakir Həsənov da müsbət qarşılayıb. Daha sonra o, əlavə edib ki, quruma müraciət edən hər bir jurnalist akkreditasiyaya alınıb: "Amma bu o demək deyil ki, qeydiyyatdan keçmiş və akkreditə kartı əldə etmiş hər bir jurnalist rahatlıqla hansısa hərbi hissəyə girib-çıxa bilər. Bu kartın üstünlüyü ondan ibarətdir ki, biz həmin jurnalistlərlə tez-tez əlaqə saxlayacayıq. Onlarla birgə daha çox və rahat əməkdaşlıq edəcəyik".
Sonda nazirlik rəsmisi qeyd edib ki, hər dəfə olduğu kimi hər hansı bir məlumat dəfələrlə təsdiq olunduqdan sonra icitmiayyətə çatdırılır: "Çünki qarşı tərəf yayılan hər bir informasiyadan bizə qarşı istifadə edə bilər".
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !