Aksiyalarda İstanbula dəymiş ziyan açıqlanıb

09:58 | 14.03.2014
Aksiyalarda İstanbula dəymiş ziyan açıqlanıb

Aksiyalarda İstanbula dəymiş ziyan açıqlanıb

İstanbul polis idarəsi Berk Elvanın cənazə mərasimindən sonra baş verən hadisələrin hesabatını açıqlayıb.ANS PRESS-in xəbərinə görə, polisin verdiyi hesabatda cənazə mərasimindən sonra İstanbul daxilində keçirilən nümayişlərdə zərər dəymiş yerlərin və vasitələrin siyahısını açıqlayıb.Hesabatda deyilir:"2 dövlət binası, 11 polis maşını, 1 poçt şöbəsi, 7 ictimai nəqliyyat avtobusu, 24 fərqli bank şöbəsi, bankomatlar, 9 xüsusi iş yeri, 3 fərqli siyasi partiyanın 14 seçki əlaqə bürosu, 1 seçki avtomobili, 2 xüsusi avtomobil və 2 hazırlıq kursuna qarşı daş, molotof atılıb. Şüşələr qırılıb, sprey boyayla yazı yazılıb, müxtəlif yerlərdə təkər yandırılıb və bu kimi nümayişlər həyata keçirilib".Hesabatda həmçinin səhiyyə idarəsindən alınan məlumat da göstərilib. Hadisələrdə 76 nəfərin yaralanması səbəbilə xəstəxanalara müraciət etdiyi, bunlardan 5-nin müalicəsinin davam etdiyi bildirilib. Eləcə də, hadisələrdə 22 polis nəfəri də müxtəlif yerlərindən yaralanıb.Aksiyalarda iştirak edən 43 nəfərin isə saxlanıldığı açıqlanıb.Xatırladaq ki, 14 yaşlı Berkin Elvan Gəzi parkı hadisələri zamanı çörək almaq üçün evdən çıxıb və polis müdaxiləsi zamanı bibər qazı fişəngi başına dəymişdi. 269 gün komada qalan Berkin Elvan martın 11-i vəfat edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM