6400 ədəd aksiz markası olmayan siqaret gömrükdə müsadirə olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında, "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21-09" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6400 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !