Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejim tətbiq edilib

19:46 | 25.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejim tətbiq edilib

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejim tətbiq edilib

Qazaxıstanın Tüpkaraqan rayon akimatının (yerli İcra Hakimiyyəti – red.) əmri ilə AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.Bu barədə Qazaxıstan KİV məlumat yayıb.

"Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə Fövqəladə Hallar Nazirliyinin kinologiya xidmətlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 482 nəfər, 97 ədəd texnika, 2 təyyarə və 10 kinoloji briqada iştirak edir”, - Qazaxıstan FHN-dən bildirilib.

Qeyd olunur ki, FHN-in "Qaynar xətt”inə 571 müraciət daxil olub.

Videokonfrans vasitəsilə Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti