Aktauda üç aydır maaş almayan azərbaycanlılar etiraz edir - VİDEO

17:30 | 16.01.2019
Aktauda üç aydır maaş almayan azərbaycanlılar etiraz edir - VİDEO

Aktauda üç aydır maaş almayan azərbaycanlılar etiraz edir - VİDEO

Qazaxıstanın Aktau şəhərində "Nurlı Jer” dövlət proqramı çərçivəsində yaşayış kompleksinin tikintisi ilə məşğul olan 12 Azərbaycan vətəndaşı ötən ilin noyabrından maaşlarını ala bilmirlər. 

Onların bəzilərinin iş vizasının müddəti artıq bitmək üzrədir. 

İşçilərdən biri Yasinəli Yasinoğlunun sözlərinə görə, o, şəxsən işçilərə yemək üçün 1000 tenqe (4,50 manat – red.) pul verilməsini xahiş etsə də, ona cavab veriblər ki, pul yoxdur. 

Əcnəbilər bildiriblər ki, sonuncu dəfə onlara 2018-ci ilin noyabrında maaş verilib. 12 nəfərə təxminən 400 min tenqe (təxminən 1800 manat – red.) pul verilib. Bu günlərdə isə onları yaşadıqları vaqonlardan çıxarıblar. 

"Pulu versinlər, biz vətənimizə dönək”, - Mustafa Səfəroğlu deyib. 

Tikintinin sifarişçisi Aktau icra hakimiyyəti, podratçı isə yerli "Alyans Stroy Servis – R” şirkətidir. 

İcarəçi vəziyyəti şərh etməkdən imtina edib. Yalnız bildirilib ki, işçilər maliyyə daxil olan zaman maaşlarını alacaqlar. 

Şəhər hakimiyyətinin tikinti şöbəsinin rəisinin vəzifələrini icra edən Manqistay Koyşıqulov deyib ki, 2018-ci ildə tikinti işlərinə 723 milyon tenqe (təxminən 328 min manat – red.) ayrılıb. Hakimiyyət yalnız ilin sonunda podratçının borcunu ödəyə bilməyib. 

Dövlət işçisi hesab edir ki, şirkət işçilərinin haqlarını öz hesabından ödəməlidir. 

Koyşıqulov vəd edib ki, fevralın sonunadək problem həll ediləcək. 

Hazırda podratçıya olan borc 44 milyon tenqe (təxminən 198 min manat – red.), işçilərə olan borc isə 2,2 milyon tenqe (təxminən 9 900 manat – red.) təşkil edir. 

mənbə: oxu.az


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM