Fransız aktrisa Daniel Darye 100 yaşında dünyasını dəyişib.
Anews.az xarici KİV-ə istinadla xəbər verir ki, o, Fransanın cənubunda yerləşən evində vəfat edib. Dostu Jak Jenvren bildirib ki, aktrisa yıxılandan sonra səhhətində problemlər yaranıb.
D.Darye kinoda debütünü 14 yaşında "Le bal” filmi ilə edib. O, karyerası boyunca 140-dan çox filmdə rol alıb. Həmçinin musiqi fəaliyyəti ilə məğul olub, 20 albom buraxıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !