“AL Market” mağazalar şəbəkəsi cərimələnib

20:58 | 27.04.2023
“AL Market” mağazalar şəbəkəsi cərimələnib

“AL Market” mağazalar şəbəkəsi cərimələnib

"Al Market" MMC-yə müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi səbəbindən cərimə yazılıb. Bu barədə e-mehkeme.gov.az portalında məlumat yerləşdirilib.

Market barədə aidiyyatı qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub", - saytda yerləşdirilən məlumatda deyilir. 
 
İşə Gəncə Şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "AL Market” üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ müəyyən edilməyib. 

 
Eltac Nurullazadə


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM