Al-Qaeda lideri Ayman al-Zawahiri İslam Dövləti silahlı qruplaşmasını "qanunsuz” adlandırıb, ancaq onu da deyib ki, müsəlmanlar İraqda və Suriyada qərb qüvvələri ilə savaşan yaraqlı qrupa qoşulmalıdır.
"Biz Abu Bakr al-Baghdadi-nin xilafətini tanımırıq, ” Zawahiri sentyabrın 9-da İnternetdə yayılan audio-yazıda deyir. Al-Baghdadi İD-nin lideridir.
Səsin nə vaxt yazıldığı bəlli deyil, ancaq bəzi hadisələrdən danışılması audionun azı 8 ay öncə yazıldığını deməyə əsas verir.
İD ötən il Suriya və İraqda böyük əraziləri tutaraq xilafət yaratdığını elan edib.
İki islamçı təşkilatın rəqabətinə baxmayaraq, Zawahiri deyib ki, Qərblə savaşa gəldikdə, əməkdaşlıq etmək olar. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !