Ağladığına görə atası başını yardı - FOTOLAR

19:21 | 20.08.2015
Ağladığına görə atası başını yardı - FOTOLAR

Ağladığına görə atası başını yardı - FOTOLAR

Bu balaca qızcığaza "Möcüzə uşaq" deyirlər. Xeyir, onun hər hansı qeyri-adi istedadı, Allah vergisi yoxdur. Sadəcə, hələ 8 aylıq olanda həyatın ən acı zərbəsini dadıb və yaşamaq uğrunda mübarizədə qalıb çıxıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Cheyenne Rae hələ 8 aylıq ikən dayanmadan ağladığı üçün doğma atası onun başını yarıb. Güclü qanaxması olan balaca qızcığaz dəfələrlə əməliyyat olunub və həkimlər onun beyninin bir hissəsini götürmək məcburiyyətində qalıblar.

Atası baş vermiş hadisədən sonra polisə təslim olub və 10 həbs cəzası alıb.

Hazırda 4 yaşına catan Cheyenne Rae sağ tərəfini hərəkət etdirə bilməsə də, qaçır, oynayır, hətta müxtəlif pozlar da verir.

Həkimlər onun normal vəziyyətə gəlməsi üçün müalicəni davam etdirirlər. Mütəxəssislər deyirlər ki, əslində bu qızın sağalması bir möcüzədir və bu səbəbdən onunla bağlı hər hansı qərar verərkən çox həssas davranırlar.


Nuray
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb