ALBALI PLUS - arzularınızı reallaşdıran kart

17:00 | 05.05.2014
ALBALI PLUS - arzularınızı reallaşdıran kart

ALBALI PLUS - arzularınızı reallaşdıran kart

Bir karta sahib olmaqla belə, çətinlikləri asan etmək, arzuları reallaşdırmaq mümkündür. "Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib.Bankdan Trend-ə verilən məlumata görə, artıq "Unibank" müştərisi cəmi 1 karta sahib olmaqla müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.Taksit kartıALBALI PLUS - çox-çox sərfəli TAKSİT KARTIDIR. Bu kartla siz 1.000-dən artıq ticarət və xidmət mərkəzlərində, onlayn ödəniş və alış-veriş saytlarında istədiyiniz məhsul və xidməti sərfəli şərtlərlə alaraq, dəyərini hissə-hissə (12 ayadək) ödəyə bilərsiniz.Kredit kartıALBALI PLUS həm də güzəştli dövrü olan KREDİT KARTIDIR. Təcili pul lazım olduqda, siz sərfəli şərtlərlə 10 000 manatadək kredit xətti açdıra bilərsiniz. Hansı ölkədə olmasından asılı olmayaraq, müştəri Unibank-dakı kredit xəttindən istifadə edə bilər. Kartın və kredit xəttinin istifadə müddəti 60 aydır. Müştəri növbəti ayın 10-dək borcunu tam ödədiyi halda, istifadə edilmiş məbləğə faiz hesablanmır, nəticədə müştəri 40 günə qədər faizsiz güzəşt dövründən yararlanmaq imkanına sahib olur.Depozit kartıALBALI PLUS çox sərfəli DEPOZİT KARTIDIR. Sizin karta qoyduğunuz depozit vəsaitinin hər günü üçün üzərinə faiz hesablanır. Cibinizdə saxladığınız pulu Albalı Plusa yatırın ki, vəsaitiniz hər gün bir qədər də artsın. Müştərinin bankda olan kredit reytinqindən asılı olaraq, onun kartındakı öz vəsaitinə illik 6%-dək depozit faizi hesablanır.Debet kartıALBALI PLUS - BEYNƏLXALQ KARTDIR. Dünyanın istənilən ölkəsində və istənilən ticarət və xidmət mərkəzlərində, arzuladığınız məhsul və xidməti əldə edə bilərsiniz. Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər, üstəlik, "Unibank" bankomatlarında vəsaitinizi KOMİSSİYASIZ NAĞDLAŞDIRA bilərsiniz. ALBALI PLUS-un imkanları sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər.ALBALI PLUS kartı olan müştəri Unibank-da özünə kredit tarixçəsi yaratmaq imkanı əldə etməklə gələcəkdə digər bank məhsullarından güzəştli istifadə edə biləcək.18-70 yaş arası Azərbaycan vətəndaşları ALBALI PLUS kartının imkanlarından yararlana bilər.ALBALI PLUS hamı üçün əlçatan, istifadəsi sadə və arzuların həyata keçməsinin sadə yolu!Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən https://www.facebook.com/unibank.az/photos/a.95797086237.89666.95588021237/10152049975016238/?type=1&theater əldə etmək olar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti