​Albaniya hökuməti TAP üçün yeni ərazilər ayırıb

15:03 | 01.10.2015
​Albaniya hökuməti TAP üçün yeni ərazilər ayırıb

​Albaniya hökuməti TAP üçün yeni ərazilər ayırıb

Albaniya Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün yeni ərazilərin verilməsi qərara alınıb. 

"Report"un Albaniya Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə "Trans Adriatik Piepeline AG" üçün 50 867 kvadratmetr torpaq sahəsi ayrılıb.

Albaniya kənd təsərrüfatı, inkişaf və su təsərrüfatı nazirinin müavini Alban Zusi həmin ərazilərin rüsumdan azad edildiyini bəyan edib.

Albaniyanın Tirana, Elbasa, Korca, Kukes, Lezha və Vlora şəhər və rayonlarında ayrılan ərazilərdə yerləşən daşınmaz əmlak və digər mülkləri hərbi polis qoruyacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qaz Avropaya nəql ediləcək. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərasizində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində Avropaya çatdırılacağı planlaşdırılır. TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) iştirak edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM