Albaniya Prezidenti Azərbaycana gəlir- Gözləntilər

12:37 | 13.03.2024
Albaniya Prezidenti Azərbaycana gəlir- Gözləntilər

Albaniya Prezidenti Azərbaycana gəlir- Gözləntilər

Albaniyanın Prezidenti Bayram Beqay (Bajram Begac) Azərbaycana gəlir.

Bildirilir ki, Albaniya prezidenti sabah keçiriləcək XI Qlobal Bakı Forumunda iştirak edəcək.
 
Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, mövcud Azərbaycan reallıqları fonunda Azərbaycan və Albaniya münasibətləri yeni bir mərhələyə başlayıb və bu mərhələ hər iki dövlətin qlobal iqtisadi əlaqələr kontekstində daha da inkişaf edəcək.
 
"Biz bilirik ki, Azərbaycan və Albaniya əlaqələri çox geniş və şaxəlidir. Bu gün Albaniya mərkəzi və Şərqi Avropanın həm iqtisadi, həm də siyasi tutumuna görə ən önəmli yüksələn dəyərlərindən biridir. Bu gün Albaniyanın Avropa məkanına böyük əhəmiyyəti mövcuddur. Həmçinin Azərbaycan və Albaniya Cənub qaz layihəsi çərçivəsində ortaq layihələrə sahibdir və nəzərə almaq lazımdır ki, çox qısa bir müddətdə təxminən bir il ərzində bir neçə dəfə Azərbaycan prezidentinin Albaniyaya, Albaniya rəhbərliyinin Azərbaycana səfərlər olub. 30 illik işğal dövründə də Albaniya hər zaman Azərbaycanla əlaqələri yüksək tutub. Azərbaycan torpaqlarının işğalı prosesinə qarşı çıxan ölkələrdən biri olub. Prezidentin səfəri zamanı təkcə enerji sektorunda deyil, eyni zamanda bir çox başqa sahələr üzrə mühüm anlaşmalar imzalanıb. Sonuncu dəfə Bakida keçirilən cənub qaz dəhlizinin məşvərət şurasının növbəti iclasında iştirak etmək üçün Albaniya siyasi rəhbərliyinin ölkəmizə səfəri gerçəkləşib. Mövcud Azərbaycan reallıqları fonunda Azərbaycan və Albaniya münasibətləri yeni bir mərhələyə başlayıb və bu mərhələ hər iki dövlətin qlobal iqtisadi əlaqələr kontekstində daha da inkişaf edəcək.",- politoloq vurğulayıb.
 
Albaniyanın Nazirlər Şurası 2023-cü ilin martında ölkənin xarici işlər nazirinin təklifi əsasında Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.
 
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. 
 
Albaniya prezidentləri ölkəyə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
 
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti