"Report" "Belta"ya istinadən xəbər verir ki, bunu yenidən Belarus prezidenti seçilən Aleksandr Lukaşenko səsverəndən sonra jurnalistlərə açıqlamasında bildirib.
"20 illik siyasətimizin başlıca prinsipi - hər şey əmin-amanlıqla və inqilabsız olmalıdır", - deyə o, bildirib.
O qeyd edib ki, xalqa lazım olsa, istənilən islahatı aparmağa hazırdır: "Mənə etimad göstərsəniz, Allah xatirinə, lap inqilabi islahat da apararam. Biz bunu edərik. Məsələ məndən deyil, cəmiyyətdən asılıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !