Aleksey ​Kudrin: "Rusiyada iqtisadi böhran uzun çəkəcək"

16:20 | 29.12.2014
Aleksey ​Kudrin:

Aleksey ​Kudrin: "Rusiyada iqtisadi böhran uzun çəkəcək"

Rusiyanı bürüyən iqtisadi böhran digərlərindən öz kəskinliyi və müddətinə görə fərqlənəcək.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu RBK-ya müsahibəsində Rusiyanın sabiq maliyyə naziri, Mülki Təşəbbüslər Komitəsinin rəhbəri Aleksey Kudrin bildirib.

"Əgər hökumət səhvlərinə davam edərsə və iqtisadiyyatda islahatlar aparmazsa, bizi yaxın üç-dörd il ərzində mənfi inkişaf templəri gözləyir. Mənim optimist variantda 2%-ə qədər, pessimist variantlarda isə 4%-ə qədər etdiyim proqnozlarım artıq həm Mərkəzi Bank, həm də İqtisadiyyat Nazirliyinin rəsmi proqnozları ilə təsdiq edilib", - o qeyd edib.

Sabiq nazir deyib ki bu, əsl böhrandır və uzun müddət davam edəcək: "İki il balaca müddət deyil. Daha sonra ehtimal ki, durğunluq davam edəcək". Resessiyanın nə qədər davam etməsi Rusiyanın "sanksiyaların zəifləməsi" barəsində razılığa gəlib-gəlməməsi və öz iqtisadiyyatını islah edə bilməsindən asılıdır".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti