Aleksey Navalnı azadlıqda

15:57 | 22.10.2017
Aleksey Navalnı azadlıqda

Aleksey Navalnı azadlıqda

2 oktyabrda həbs edilən rusiyalı müxalif Aleksey Navalnı azad edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, icazəsiz aksiya keçirdiyi üçün həbs edilən Navalnıya 20 gün həbs cəzası verilmişdi. İyun ayında isə müxalifət lideri eyni suçda ittiham edilərək 30 günlük azadlıqdan məhrum edilmişdi. Navalnı azadlığa çıxması barədə "Instagram" hesabında yazıb və öz şəklini paylaşıb.

Qeyd edək ki, Aleksey Navalnının həbsinin 7 oktyabrda 65 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putinə hədiyyə olduğu iddia edilirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti