Alfred KOX
Bəli, bir söz dəfələrlə təkrarlanırsa, artıq gülüş doğurmur. Çox tez-tez istifadə olunması məzələnməyə də oxşamır. Qəfildən mənə çatdı ki, bu, "KQB” jarqonudur! Onlar qərb ölkələrinin kəşfiyyat orqanlarının nümayəndələrini məhz belə adlandırırdılar. MKİ (CİA), Mİ-6, BND və daha kim qaldı... Aaaa!!! Mossad...
Bəs görəsən, nədən onlar öz düşmənlərini "məsləkdaş” deyə çağırır? Axı, "məsləkdaş” (az qalsın tanış şəxs) səninlə bir yerdə xidmət edən və səninlə eyni problem çözməyə çalışan birisinə deyilir. Burada isə söhbət düşməndən gedir! Bir- birini öldürən, izləyən, tələyə salan, aldadan, türməyə salan… düşməndən… Əcəb məsləkdaşlıq imiş! Niyə görə? Onların ümumi tapşırığı nədir? Necə yəni, onlar eyni barikadada vuruşurlar? Bu haqda mən çox düşünmüşəm və istəyirəm sizləri gəldiyim nəticə ilə tanış edəm...
Cavan leytinant otağa daxil olur və üzərində "Federal Təhlükəsizlik Xidməti” yazılan qutunu mənə təqdim edirdi. Həmin bu qutu xaricdə olan agentlərimizin müxtəlif səpkili xəbərləri ilə dolu olurdu. Kim, harda, nə dedi... Rusiyanın düşmənləri onun üçün necə iyrənc planlar hazırlayır, bizim dostlarımız necə saxtakardır, "gözümüzün içinə baxaraq” dedikləri ilə arxada etdikləri və s. və ilaxır.
Dərhal qeyd edim ki, bütün bu yazılanlar zir-zibil idi. Bütün bu məlumatlar, iki gün əvvəl nəşr olunmuş "Nyu York Tayms”, "Vaşinqton Post”, "Faynenşıl Tayms”, "Franfurter Alqemayne” və s. qəzetlərdən götürülüb hazırlanırdı.
Mənim Dövlət Əmlak Komitəsində mətbuat xidmətim var idi ki, gündəlik(!) olaraq xarci mətbuatda gedən məlumatları mənə ötürürdülər. Və bütün bu "xəfiyyələrin” mənə dövlət sirri altında sırıdığı məlumatları, mən iki gün onlardan qabaq bilirdim. Belə ki, mən bu məlumatları gizli konvertlə yox, elektron poçtla mətbuat katibimdən alırdım. Təbii ki, heç kim bütün bu məlumatları son dərəcə əhəmiyyətli dövlət sirri hesab etmirdi.
Bu iki fayl – xüsusi xidmətin son dərəcə məxfi məlumatları ilə, mənim mətbuat xidmətimdə çalışan sadəlövh insanların məlumatları - arasında fərq nədə idi? Məsələ burasındadır ki, eyni məlumatları onlar fərqli formada bizə göndərirdilər. Mənim mətbuat xidmətim yazırdı: "Züdoyçe Zaytunq” xəbər verir ki...”
Federal Təhlükəsizlik Xidməti isə (FSB) məlumatı mənə belə təqdim edirdi: "Öz tərəfimizə çəkə bildiyimiz mənbədən əldə etdiyimiz məlumata görə...”
Bir gün qəfil başıma elə bil daş dəydi: heç bir mənbə-filan yoxdur! Bunlar hamısı cəfəngiyyatdır! Onlar heç kimi öz tərəfinə çəkib-eləməyib. Onlar özləri də, qəzetləri oxuyur və bunun əsasında Mərkəzə məlumat ötürürlər. Kimisə öz tərəfinə çəkmək üçün nəzərdə tutulmuş pulu isə ciblərinə endirirlər. Hətta qəzetləri almaq üçün pul belə xərcləmirlər, onları zibil yeşiklərindən götürürlər. Məhz bu səbəbdən də, məlumatlar iki gün bundan öncəyə aid olur. Qəzetlər üçün nəzərdə tutlmuş pulu da, yenə öz ciblərinə qoyurlar.
Və həm də onu anladım ki, bu sistem onilliklərdir mövcudur. Onlar bu məlumatlar ötürərkən son dərəcə əmin idilər ki, Mərkəzi Komitənin yetmiş yaşlı qocaları heç zaman, heç bir halda "Nyu York Tayms”ı oxumayacaqlar. Məhz bu səbəbdən qəzetlərdən məlumatları tərcümə edib son dərəcə məxfi başlığı adı altında dövlətə sırıyırdılar. Çoxlu pul və vaxt aparan "dilə tutulmuşlar” isə "mənbə” kimi göstərilirdi. (dərhal, "Qızıl Ordu” ordenini və KQB polkovniki rütbəsini geri ver görüm...” gözlərim önündə canlanırdı)
Zaman-zaman KQB xarici kəşfiyyat üçün dedektivləri maliyyələşdirir və bununla özü haqqında mif yaradırdı. Ancaq indi Annam Çapmenam və Ko-nun neçəyə başa gəldiyini bildiyimizdən, bu kəşfiyyatında nə olduğunu yaxşı bilirik. Bütün bunlar tər-təmiz büdcəni dağıtmaq və vergi verənlərin pulun oğurlamaq idi.
Putinin "QDR”də (orda hansı xəfiyyədən söhbət gedə bilər? Ştazilərdən?) nə ilə məşğul olduğu ilə bir az maraqlansanız, görəcəksiz ki, adam "Volqa” arxasınca gedib və orada bir iki yekə məməli alman qızı ilə yatmaqdan və Elbada balıq tutmaqdan başqa heç nə etməyib...
Xarici agentlərin də durumu yaxşı deyil. Hansısa yazını saxta daş-qaşın içində gizlədən britaniyalı axmağı yadınıza salın (məgər axmaq deyildi?). Ya da, CİA-nın 1989-cu ildə ABŞ prezidentinə, SSRİ-dəki durumla bağlı hesabatını yadınıza salın. Həmin hesabatda SSRİ-nin çox güclü olduğu və hələ 20 il də dözəcəyi bildirilirdi... Və ya ABŞ İraqda əməliyyatlara başlayarkən qəfil anladı ki, Amerikan qoşunlarında ərəb dilindən tərcümə edən adam yoxdur (yaxşı hazırlaşıblar, deyilmi?).
Bütün bunları niyə sadalayıram? Ona görə ki, onların nə üçün "məsləkdaş” olduqlarını adım kimi dəqiq bilirəm. Onlar bir yerdə, özləri öz xeyirləri üçün ssenarilər qurur və onu məharətlə oynayaraq, fondlardan, dövlət büdcələrindən çoxlu pul alırlar. Vəssalam!. Sadəcə - vəssalam! Başa düşürsüz? Daha heç nə!
Onlar bu oyunu yalnız hər biri mövcud olduqda oynaya bilir. Bu oyunbazlıq artıq neçə illərdir ki, davam edir. Onlar tam olaraq bir-birindən asılı durumdadır. Bütün hərəkətlərini, demarşlarını, ifşalarını bir yerdə razılaşdırırlar. Doğrudan da, onlar bir komanda şəkilində yalnız bizə qarşı işləyirlər. Ruslar, amerikanlar, almanlar və s.
Məhz buna görə onlar – "məsləkdaş”dırlar. Ümid edirəm anlaşıldı”.
Tərcümə etdi: Emin ASLAN
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !