Azərbaycan Ali Hərbi Məktəbinin tədris şöbəsinin keçmiş rəisi mayor Ramiz Fərəməzov həbs edilib. Prokurorluq orqanlarında onun barəsində korrupsiya faktları üzrə istintaq araşdırmaları aparır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ramiz Fərəməzov 26 avqust 2013-cü il tarixində yaşa görə Silahlı Qüvvələrin sıralarından təxris olunub: “O, mülki vətəndaşdır. Müdafiə Nazirliyinə aidiyyatı yoxdur”.Qeyd edək ki, bir necə gün öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi polkovnik Mirzəli Yusifov da həbs edilib.O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !