Ali Məhkəmə Baş Prokurorluğa “yox” dedi

13:00 | 18.09.2018
Ali Məhkəmə Baş Prokurorluğa “yox” dedi

Ali Məhkəmə Baş Prokurorluğa “yox” dedi

Ali Məhkəmədə xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlərdən biri - Elnur Nəhmədovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb 

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İnqilab Nəsirovun icraatında olan prosesdə qərar elan olunub. 

Qərara əsasən, Baş Prokurorluğun E.Nəhmədovun cəzasının ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib. 

Hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib. 

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb. P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib.

Hər üç şəxs apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini və prokuror isə protest verərək cəzanın ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov hər iki tərəfin şikayətini rədd edib və hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM