Ali Məhkəmə sədrinin və bütün hakimlərin maaşları artırılır

16:50 | 19.12.2013
Ali Məhkəmə sədrinin və bütün hakimlərin maaşları artırılır

Ali Məhkəmə sədrinin və bütün hakimlərin maaşları artırılır

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, bütün hakimlərin aylıq vəzifə maaşları artırılır.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı müvafiq olaraq “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilir. Qanunun 106-cı maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı 1 785 manatdan 2070 manata qaldırılır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, Ağır cinayətlər məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə, Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmənin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;  bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir.  Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Ali Məhkəmə sədrinin maaşına edilən artım da avtomatik olaraq bu sadalananların da maaşlarının artımını əsaslandırır. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM