"İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
M.Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər.
Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !