Ali məktəblərdə oxuyan əlaçı tələbələrin nəzərinə

15:14 | 11.02.2014
Ali məktəblərdə oxuyan əlaçı tələbələrin nəzərinə

Ali məktəblərdə oxuyan əlaçı tələbələrin nəzərinə

Azərbaycanda dövlət ali məktəblərində təhsil alan bəzi tələbələrə xarici dil mükəmməl şəkildə öyrədiləcək.Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, növbəti tədris ilində dövlət ali məktəblərində savadlı tələbələrdən ibarət "SABAH" qrupları yaradılacaq. Bu qruplar 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Tələbələrin seçimi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uygun aparılacaq.Ümumilikdə "SABAH" qrupları Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5%, humanitar və sosial ixtisas qrupunda - 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda - 57,3%, təbiət ixtisas qrupunda - 87,8%, texniki və texnoloji ixtisas qrupunda - 49,5% təşkil edəcək.Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur.Nazirlikdən bildirilib ki, "SABAH" qruplarında təhsil alan tələbələrə ixtisas fənləri ilə yanaşı, mükəmməl xarici dil biliklərinin verilməsi də nəzərdə tutulur. Bu məqsədlə xüsusi proqramlar hazırlanacaq və tətbiq olunacaq.Nazirlik hesab edir ki, həmin qrupları bitirən məzunlar əmək bazarında rəqabətədavamlı olacaqlar.Təhsilin digər səviyyəsinə qəbul zamanı həmin qruplarda təhsil alan tələbələrə müəyyən güzəştlərin edilib-edilməyəcəyinə gəldikdə, nazirlikdən deyilib ki, onların ali təhsilin növbəti səviyyəsinə qəbulu ümumi qaydalar əsasında həyata keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti