Ali məktəblərə qəbul olan abituriyentlərin DİQQƏTİNƏ! - Yaxın günlərdə...

10:22 | 09.08.2019
Ali məktəblərə qəbul olan abituriyentlərin DİQQƏTİNƏ! - Yaxın günlərdə...

Ali məktəblərə qəbul olan abituriyentlərin DİQQƏTİNƏ! - Yaxın günlərdə...

Ötən gün ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Redaktor.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat tarixləri barədə ətraflı məlumat verib.

Ekspertin qeydiyyatla bağlı açıqlamasını təqdim edirik:

"Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 15 - 27 avqust, boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək”.
Ekspert bildirib ki, qeydiyyatla bağlı lazım olan sənədlər aşağıdakılardır:
"1. Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar (kollec) diplomu;
2. 4 foto (ölçü 3x4sm);
3. Tibbi arayış (sağlamlıq haqqında);
4. Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);
5. Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;
6. Tələbənin FİN kodu və parolu (iş nömrəsi);
7. Ağ qovluq (Sənədlər üçün)”.
Qeyd 1: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.
Qeyd 2: Qanunda nəzərdə tutulan ödənişdən azad olunanlar ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.
Qeyd 3: Bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən (həmçinin facebook səhifələrindən) əldə edə bilərsiniz.
Xatırladaq ki, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədə iştirak edənlərin sayı 58258 nəfər olub. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM