“Gələn ildən başlayaraq ali təhsil müəssisələrində “Sabah” şərti adı altında qrupların təşkil olunması üçün seçimlər aparılacaq”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Müəllimlərinin XIV Qurultayında təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir onu da bildirib ki, “Sabah” şərti qrupları təhsildə fərqlənən tələbələrdən təşkil olunacaq: “Məqsəd bu tələbələr üçün daha əlverişli şərait yaratmaqdan ibarətdir”. Təhsil naziri istedadlı gənclərin Azərbaycanın sabahı, elitası olacağını qeyd edib və bu gənclərin diqqət mərkəzində saxlanılmasını zəruri sayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !