Ali Rada Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırdı

16:10 | 11.03.2014
Ali Rada Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırdı

Ali Rada Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırdı

Ukrayna parlamenti “Ukrayna Ali Radasının ölkənin təhlükəsizliyinin təminatçısı olan dövlətlərə müraciəti haqqında” qərar qəbul edib.

APA-nın UNİAN agentliyinə istinadən yaydığı məlumata görə, qərarın lehinə zalda qeydiyyatdan keçən 322 deputatdan 263-ü səs verib. Kommunist Partiyasının fraksiyası tam heyətdə səsvermədə iştirak etməyib. Regionlar Partiyası fraksiyasından isə qərarı 23 deputat dəstəkləyib.  Müraciətdə bildirilir ki, ABŞ və Böyük Britaniya Budapeşt Memorandumunun iştirakçı ölkələri kimi Ukraynanın təhlükəsizliyinə qarantiya verilməsi ilə bağlı öz öhdəliklərini yerinə yetirməli, təcavüzün dərhal qarşısının alınması, Ukraynanın müstəqilliyi, suverenliyi və mövcud sərhədlərinin qorunması üçün bütün mümkün siyasi, diplomatik, iqtisadi və hərbi tədbirləri görməlidirlər. Ukrayna parlamenti Budapeşt sənədinin digər iştirakçısı olan Rusiya Federasiyasını öz qoşunlarını Ukrayna ərazisindən dərhal çıxarmağa, Ukrayna dövlətinə qarşı təcavüzə son qoymağa, ölkənin müstəqilliyi və ərazi bütövlüyünə təminat verməyə çağırıb. Xatırladaq ki, Budapeşt Memorandumuna əsasən Ukraynanın öz nüvə statusundan imtina etməsinin müqabilində ABŞ, Britaniya və Rusiya tərəfindən bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünə təminat verilib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb