Ali Radanın qarşısında aksiya keçirilir

18:00 | 08.12.2013
Ali Radanın qarşısında aksiya keçirilir

Ali Radanın qarşısında aksiya keçirilir

 Bu gün Ukraynanın hakim Regionlar partiyasının 5 minə yaxın tərəfdarı parlamentin qarşısında aksiya keçirir. Ukraynanın "Beşinki kanal" telekanalının məlumatına görə, "Avropada Ukrayna quraq" adlı aksiya hazırkı prezident və hökumti dəstəkləmək məqsədi daşıyır. 

Məlumata görə, aksiya iştirakçıları hakimiyyəti dəstəkləyib və müxalifətdən aksiyaları dayandırmağı tələb ediblər. Aksiya iştirakçıları əllərində Ukrayna və Avropa Birliyinin bayraqlarını tuturlar. Mitinq dinc şəraitə keçir. 

Bununla yanaşı bu gün Avropaya inteqrasiya tərəfdarlarının yerli vaxtla saat 12:00-da xalq yığınacağı keçiriləcək. Onlar hökumətin istefasını, vaxtından öncə prezident və parlament seçkilərinin keçirilməsini tələb edəcəklər. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM