ANN.Az APA-ya istinadən xəbər verir ki, yeni parlamentdə yaranan koalisiya bu posta Petro Poroşenko blokunun liderlərindən olan Vladimir Qroysmanın namizədliyini irəli sürüb.Keçirilən səsvermədə V. Qroysman 359 səs toplayaraq parlamentin sədri seçilib.Yeni sədr çıxışında bildirib ki, Ukrayna Krımı özünə qaytarmalı və Donbassı bərpa etməlidir: “Biz prezidenti dəstəkləyərək məsuliyyətli qərarlar qəbul etməliyik”. Qeyd edək ki, yəhudi əsilli ukraynalı, 1978-ci il təvəllüdlü V. Qroysman bundan əvvəl baş nazirin müavini idi. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !