2024-cü ilin yanvar-fevralında fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 29,6 milyon manatı geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti bildirir.
Cari ilin yanvar-fevralında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz çoxdur.
"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 mart tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 97 mindən çoxdur.
2022-ci ildə Dövlət Gömrük Komitəsində 694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı,694-ü cinayət xarakterli olmaqla 28 475 hüquqpozma faktı aşkar edilib.
Bundan sonra vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual "ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual "ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !