Alim “Dədə Qorqud” filmi barədə təkliflər verdi

19:01 | 30.12.2013
Alim “Dədə Qorqud” filmi barədə təkliflər verdi

Alim “Dədə Qorqud” filmi barədə təkliflər verdi

“Son zamanlar Azərbaycan serialları çox çəkilir. Uşaqdan böyüyə hamı o serillara baxır. Əksərinin də mövzusu ürəkaçan deyil. Dədə Qorqudun çoxseriyalı bir film kimi çəkilməsi çox əla olardı”. AMEA-ın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, qorqudşünas-alim Nigar Həsənova Modern.az-a belə deyib. ““Dədə Qorqud dastanı”, bildiyimiz kimi, 1 müqəddimə, 12 boydan ibarətdir. 12 seriya çəkilməsi daha yaxşı olardı. Çünki bu dastan uşaqların, gənclərin də yaddaşına həkk olunardı. Amma bu təbii ki, çəkiliş qrupunun, rejissor ssenaristin istəyindən asılıdır. Əəgər maliyyə imkanları olsa daha artıq seriya çəkmək olar. Amma 12 seriya olmasının özü də pis deyil. Dastanda bəzi məqamlar  var ki, onlar filmdə daha qabarıq əks olunsa çox yaxşı olar. Məsələn bu dastanda ailə hüququ çox gözəl əks olunub. Filmdə də verilsə pis olmaz. Orda elə gözəl kəlmələr var ki oğul atadan görməyincə öyüd almaz, qız anadan görməyincə süfrə açmaz. Bu kimi misallar çoxdur. O düşüncə çəkiləcək filmdə qabardılsa çox müsbət olar”.Qeyd edək ki, Azərbaycan prezidentinin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii serialın çəkilməsi haqqında sərəncam imzalayıb. Sərəncamma əsasən filmin çəkilişi üçün prezidentin ehtiyayt fondundan bir milyon manat vəsait də ayrılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti