Hadisə Müşfiqabad qəsəbəsində baş verib.
Hadisə şahidlərinin Mynews.az-a verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.
Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !