Alimlər bizim qalaktikada nəhəng qara dəlik aşkar ediblər

15:30 | 16.01.2016
Alimlər bizim qalaktikada nəhəng qara dəlik aşkar ediblər

Alimlər bizim qalaktikada nəhəng qara dəlik aşkar ediblər

Yaponiya astrofizikləri Süd Yolunda ikinci böyük qara dəlik aşkar ediblər. Bundan əvvəl alimlər Qalaktikanın mərkəzində yeganə "Oxatan A*” adlı qara dəliyin mövcud olmasını bilirdilər.

Oxu.Az xəbər verir ki, tədqiqatların nəticələri Science News nəşrində dərc edilib.

Qara dəlik Süd Yolunun mərkəzindən 200 işıq ili məsafəsində yerləşir. Nəhəng obyekt 0,3 işıq ili diametrində kosmik sahəni əhatə edir və Günəşdən 100 min dəfə ağırdır. Müqayisə üçün "Oxatan A*” qara dəliyinin çəkisi Günəşin çəkisindən 4 milyon dəfə ağırdır.

Alimlər hələlik yeni obyektin məhz qara dəlik olmasına təminat vermirlər.

Nəticələr Nobeyamsk rəsədxanasından teleskop vasitəsilə CO-0.40-0.22 qaz buludunun müşahidəsi zamanı əldə olunub. İnfroqırmızı və optik diapazonlarda aparılan müşahidələr zamanı CO-0.40-0.22-də digər iri obyektlər aşkar olunmayıb.

Bu səbəbdən, alimlər belə qənaətə gəliblər ki,  hissəciklər qara dəliyin təsiri altında yüksək sürət toplayırlar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM