Alimlər insanın nadir yırtıcı məxluq olduğu qənaətinə gəldi

14:40 | 22.08.2015
Alimlər insanın nadir yırtıcı məxluq olduğu qənaətinə gəldi

Alimlər insanın nadir yırtıcı məxluq olduğu qənaətinə gəldi

İnsan nadir ən yırtıcı məxluqdur.

 "Report" BBC-yə istinadən xəbər verir ki, bu, Kanada alimlərinin apardığı araşdırmanın nəticəsində bildirilib. 

Həmin alimlər insanın heyvanların populiyasiya etdikləri ərazidə ovetmə üsullarını təhlil etməklə bu qənaətə gəliblər. 

"Science" jurnalında çap olunan məqalədə bildirilib ki, insanlar yaşlı, güclü vəhşiləri, başqa yırtıcılar arasında isə cavan heyvanları daha çox öldürür. Bu onların istifadə etdiyi silah və tələ ilə daha çox əlaqədardır. Çünki yaşlı və cavan heyvanları ovlayanda insanlar elə ciddi riskə getmir. İnsanlar yaşlı balıqları dənizdəki başqa yırtıcılarla müqayisədə 14 dəfə çox öldürür. Alimlərin qənaətincə, heyvanların bu kimi üsullarla öldürülməsi onların məhvi ilə nəticələnir. Çünki yaşlılar vəhşi heyvanlar və balıqların populiyasiyasının artmasında əsas rol oynayır. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti