Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapıblar

08:48 | 25.07.2020
Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapıblar

Alimlər koronavirusla mübarizənin təbii vasitəsini tapıblar

ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yaylmasının qarşısını alır.

Bu barədə Anews.az  "Cell Discovery” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir - COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində deyilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.

Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.

Alimlər güman edirlər ki, yosunlardan hazırlanan maddələr burun spreyi antivirusun yaradılması üçün əsas ola bilər. Bu, erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.

Qeyd edilir ki, koronavirus ilk dəfə ötən ilin sonlarlnda Çinin Uhan şəhərində yayılıb. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 15,9 milyona çatır.
Pandemiya ərzində koronavirusdan 642 mindən çox insan ölüb.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb