Alimlər: çox işləyənlərin alkohola meyli daha güclü olur

22:50 | 15.01.2015
Alimlər: çox işləyənlərin alkohola meyli daha güclü olur

Alimlər: çox işləyənlərin alkohola meyli daha güclü olur

Dünyanın 14 ölkəsini təmsil edən alimlər tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, insanın gündəlik işə sərf etdiyi vaxtla onun spirtli içkilərə aludəçiliyi dərəcəsi arasında birbaşa asılılıq müəyən edilib.

Alimlərə görə, iş yerində həftədə 48 saatdan çox vaxt keçirən kişi və qadın işçilər spirtli içkilərdən daha tez-tez istifadə edirlər.

Bundan əvvəl belə bir rəy geniş yer almışdı kı, 48 saatdan artıq iş həftəsi insanda ürək-damar, depressiya, narahatlıq, yuxusuzluq və bu kimi digər xəstəliklərin riskini artırır.

Bütün bu xəstəliklər alkohol istehlakı ilə əlaqələndirilirdi, lakin çox işləməklə spirtli içkilərə aludəçilik arasında birbaşa bağlılıq müəyyən edilməmişdi.
Yeni elmi tədqiqat Britaniyada nəşr olunan tibbi jurnalda dərc edilib.

Tədqiqat Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Yeni Zelandiya, ABŞ, Tayvan, İsveç kimi inkişaf etmiş iqtisadiyyatlar da daxil 14 ölkə üzrə keçirilib.

Həmin ölkələrdən 400 min nəfər tədqiqat şərçivəsində müşahidədən keçirilib.

Tədqiqatən nəticələrinə görə, çox işləyənlər arasında alkoholizm riski normal iş həftəsi olanlarla müqayisədə bütövlükdə 11% artıq olub.

Həftədə 48 iş saatı əvəzinə 49-54 saat çalışanların həftədə 35-40 saat işləyənlərlə müqayisədə alkoholizmə meyllilik riski 13% çox çıxıb.

Spitli içkilərin riskli istehlakı, araşdırmalara görə qadınlar üçün 14, kişilər üçün isə 21 alkohol vahidinə bərabədir, müvafiq olaraq bu miqdar qadınlar üçün 1220 ml qırmızı şərab deməkdir isə, kişilər həmin risk həddilə, misal üçün, bir həftəyə 4 litr pivə içdikdən sonra üzləşirlər.

Həkimlərin xəbərdarlıq etdiyinə görə, qeyd olunmuş miqdarda alkoholun qəbulu qaraciyər və ürək xəstəliyi, xərçəng və psixi pozğunluqların riskini xeyli dərəcədə artırmış olur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti