Havanı çirkləndirən materialların atmosferdən kənarlaşdırılması qlobal istiləşməni kəskinləşdirə bilər. Norveç, Britaniya, ABŞ və Almaniyadan olan beynəlxalq tədqiqat qrupu belə bir nəticəyə gəlib.
Anews.az xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.
Alimlər atmosferin aerozoldan (sulfat və his) təmizlənəcəyi təqdirdə baş verə biləcək qlobal iqlim dəyişikliklərinin dörd potensial ssenarisini modelləşdirib. Məlum olub ki, çirkləndirici maddələr Yerə daxil olan günəş radiasiyasının bir hissəsinin qarşısını alır. Atmosferdə hazırkı karbon qazı miqdarında bu maddələrin kənarlaşdırılması atmosferin daha böyük istilik enerjisi qəbul etməsinə yol açmaqla "istixana effektini” gücləndirəcək.
Bu proses nəticəsində atmosferin orta temperaturu 0.5-1.1 dərəcədə (selsi) artacaq. Bu, dünyada təbii fəlakətlərin, daşqınlar və quraqlığın çoxalmasına səbəb olacaq.
Bəzi mütəxəssislər qlobal temperaturun qarşısının alınması üçün aerozollardan istifadəni təklif edir. Ancaq təqdiqatlar göstərir ki, bu geomühəndislik metodu da qlobal istiləşmənin intensivləşməsinə yol aça bilər. İstənilən halda, mütəxəssislər iqlim dəyişikliyinin güclü daşqınlara, ölümcül hərarət dalğasına, güclü şaxtalara və digər fəlakətlərə səbəb olacağını qeyd edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !