Yer kürəsindən kənarda yaşam şəraitinin tədqiqi ilə məşğul olan (SETİ) Set Şostak bildirib ki, yadplanetlilərin nümayəndələri ilə 25 il sonra əlaqəyə girmək mümkün olacaq.Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, bu açıqlamanı Şostak NASA-nın Stenford Universitetində keçirilən Qabaqcıl və innovasion konsepsiyalara dair sipmoziumunun proqramında verib.Alimin sözlərinə görə, çoxsaylı ulduz sistemlərinin tədqiqatlarından və monitorinqlərindən sonra bir neçə onillikdən sonra yadplanetli sivilizasiyalar ilə əlaqəyə girmək mümkün olacaq.Kainatda Yer kürəsinə bənzəyən milyardlarla planet mövcud ola bilər, çünki hər beş ulduzdan birinin ətrafında həyat üçün əlverişli şəraiti olan planet dövr edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !