Kepler-186f ulduzdan həyatın yaranması üçün əlverişli olan məsafədədir.Astronomlar bir çox parametrlərinə görə Yerə bənzəyən planet aşkarlayıblar, BBC xəbər verir.Oxu.Az-ın məlumatına görə, planeti “Kepler” kosmik teleskopunun köməyi ilə aşkarlayıblar. Aparat orbitə 2009-cu ilin martında buraxılıb. Kepler-186f adlı planet ulduzdan həyatın yaranması üçün əlverişli olan məsafədə yerləşir. Onun səthində maye şəklində su ola bilər ki, bu da canlı orqanizmlərin yaranması imkanı üçün əsas şərtdir.Ölçülərinin Yerdən təxminən 1/10 dəfə böyük olması Kepler-186f planetinin səthinin qayalı olduğunu söyləməyə əsas verir.Planetin ətrafında fırlandığı ulduz Günəşdən bir qədər kiçik və soyuqdur və Yerdən 500 işıq ili məsafəsində yerləşib. Sistemdə ümumilikdə 5 planet var.ANNET.Az