• $
  • €
  • ₽
  • ₺
  • £

Alimpaşa Məmmədov 40 min manat mənimsədiyini etiraf edib

Alimpaşa Məmmədov 40 min manat mənimsədiyini etiraf edib
24.01.2023 16:26
Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bü gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda 16 nəfər şahid - icra nümayəndələri, bələdiyyə sədrləri, bağça müəllimləri və s. dindirilib.

Bütün şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq edərək qısa danışmaqla kifayətləniblər.

Bildirilib ki, iş üzrə epizodlardan biri əhalinin siyahıya alınması zamanı mənimsəmə ilə bağlıdır. Prosesdə ifadə verən icra nümayəndələrinin dediklərinə görə, siyahıya alınma zamanı toplanan pulu Şəmkir Statistika Komitəsinin müdiri Pərvin Gözəlova veriblər. Pərvin Gözəlov isə toplanmış vəsaiti rayon icra başçısının köməkçisi Qüdrət Əliyevin vasitəsilə Alimpaşa Məmmədova çatdırıb.

Alimpaşa Məmmədov özü də siyahıya alınma zamanı toplanmış pulların ona çatdığını deyib:

"Bu məsələdə birbaşa günahkar mənəm, toplanmış 40 min manatı mən mənimsəmişəm”.

Bağça müəllimi işləyən şahidlər də prosesdə eyni epizod üzrə ifadə veriblər.

Proses yanvarın 31-də davam etdiriləcək.

Qeyd edilib ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.(Apa)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol