• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır

Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır
21.06.2024 20:51
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşır.

"Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda eks icra başçısı son sözünü deyib.

Sabiq icra başçısı ilk gündən əməllərini etiraf edib, özünü təqsirli bilib.

7 il icra başçısı işləmiş  Alimpaşa Məmmədov son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini, hansısa şərtlə azadlığa buraxılmasını xahiş edib. O, xahişini iş üzrə dəymiş ziyanın ödənilməsi, şikayətçinin olmaması ilə əlaqələndirib. A.Məmmədov azadlığa çıxmaq istəməsinin əsas səbəbi kimi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etmək arzusu ilə əlaqələndirib:

"Mən 3 ildən çoxdur həbsdə yatıram. İşləyən adamam, içəridə dayana bilmirəm. Ən əsası isə Qarabağda aparılan quruculuq işlərində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni buraxın, azad olunmuş ərazilərin yenidən dirçəlməsinə faydam olsun. Vəssalam! Son sözüm bundan ibarət idi”.

Məhkəmə hökmün iki gün sonra-bazar ertəsi elan ediləcəyini bəyan edib.

Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Sabiq icra başçısı korrupsiya cinayətlərində ittiham olunur.

Əvvəlki iclasda prokuror ona 13 il həbs cəzası tələb edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:01
Tərtərdə avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb
“Şəki” restoranı sökülür - Video
Cəmiyyət 19:23
“Şəki” restoranı sökülür - Video
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Cəmiyyət 18:22
Bərdəyə toya gedən 15 yaşlı Ağdam sakini çayda boğulub
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Cəmiyyət 17:30
Lerikdə 62 yaşlı qadın körpüdən dərəyə yıxılaraq xəsarət alıb - Video
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Cəmiyyət 15:23
Masallıda yol qəzası olub - 2-si uşaq olmaqla 3 nəfər ölüb
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 14:04
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Güzdəkdə sexdə yanğın baş verib
Cəmiyyət 13:45
Güzdəkdə sexdə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 12:25
Sabahın hava proqnozu
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Cəmiyyət 12:10
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol