Milli Məclisin bu gün keçirilən plenar iclasında "Uşaq hüquqları haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Anews.az Trend-ə itinadən xəbər verir ki, təklif edilən dəyişikliklərdə Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.
Dəyişikliyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.
Həmçinin dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !