Azərbaycanda iaşə obyektlərində alkoqol içkilərini nağda pula satmağa görə həmin obyektlərin sahibləri inzibati məsuliyyətə cəlb edilməyəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.
Onun sözlərinə görə, iaşə obyektlərində satılan alkoqol menyunun bir hissəsidir və bağlı butulkalarla deyil, daha çox tökülərək satılır, bu səbəbdən də buna cərimə şamil edilməyəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !