Alla Puqaçovanın nəvəsi "Allahu-əkbər" deyib silaha sarıldı - VİDEO

16:19 | 27.10.2014
Alla Puqaçovanın nəvəsi "Allahu-əkbər" deyib silaha sarıldı - VİDEO

Alla Puqaçovanın nəvəsi "Allahu-əkbər" deyib silaha sarıldı - VİDEO

Alla Puqaçovanın nəvəsi, Kristina Orbakaytenin oğlu Deni Baysarov Çeçenstandakı hərbi məktəbə (Kadetskiy korpus) daxil olub.

“AzerFax” xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov özünün İnstagram səhifəsində yazıb. Prezidentin sözlərinə görə, Deni Baysarov hərbçi olmaq barədə qərar verib. R.Kadırov iddia edib ki, Puqaçovanın nəvəsinin Çeçenstanda hərbi təhsil almağa gəlməsi Deninin şəxsi iradəsinə söykənir: “Deni kadet olmaq qərarına gəlib və mən də bunu müsbət qarşıladım. Onun atası Ruslan Baysarov mənim ən yaxın dostum, qardaşımdır. Deni mənim qardaşım oğlu hesab olunur. Onu hərbi məktəbə özüm apardım. Kursantlar Denini isti qarşıladılar. Deni də öz növbəsində hərbi işi mükəmməl öyrənəcəyinə söz verdi”.

R.Kadırovun yaydığı videoda Alla Puqaçovanın nəvəsinin "Allahu-Əkbər" deməsi də diqqət çəkir (Video aşağıdakı keçiddədir).

http://www.kp.ru/go/http://instagram.com/p/un6cfiiRkr/?modal=true

Qeyd edək ki, Deni Baysarov Kristina Orbakayte ilə milliyətçə çeçen olan rusiyalı iş adamı Ruslan Baysarovun qeyri-rəsmi nikahından dünyaya gəlib. Uşağa görə Kristina ilə iş adamı arasında dəfələrlə mübahisələr yaranıb. Hətta bir müddət əvvəl K.Orbakayte oğlunun R.Baysarov tərəfindən oğurlandığını da iddia edirdi.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM