• $
  • €
  • ₽
  • ₺
  • £

"Allaha and olsun..." - Sabiq başçıdan korrupsiya ittihamına CAVAB

"Allaha and olsun..." - Sabiq başçıdan korrupsiya ittihamına CAVAB
07.11.2019 16:29
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş Şəmsəddin Xanbabayevin adı korrupsiyada hallanır.

Sosial şəbəkə istifadəçisi Ceyhun İbrahimlinin iddialarına görə, Ş.Xanbabayev başçı olduğu dövrdə hər ay vətəndaşlara məxsus 125 min manat vəsaiti mənimsəyib:
"Hər rayona Prezident Aparatından kvota ayrılır. Bu il Xaçmaza 600 yer ayrılmışdı. Təbii ki, 600 adam işə cəlb edilmədi. Sadəcə 30 nəfər işləyirdi. Qalan adamlar isə adları işdə gedən, lakin özləri olmayan ölü canlar idi. 520 kart Şəmsəddinin, yerdə qalanlar məşğulluğun direktoru Ayazın, MKT-nın direktoru Qalibin, "DOST” mərkəzi Vüsalın arasında bölünmüşdü. Dünən təzə başçı təcili şəkildə Maliyyənin rəisini çağırıb deyib ki, "mən belə şey edə bilmərəm. Prezidentin xüsusi göstərişi var. Ona görə də kartları qaytarın”. İndi Xaçmazda düşüblər küçələrə ölü canları axtarıb tapıb kart qaytarmağa. Məhəllə-məhəllə gəzirlər. Maliyyənin rəisi Nizami də təzə başçıya and-aman edib ki, vallah-billah kartlar Şəmsəddin Xanbabayevdədir. Nəzərə alsaq ki, hər kartda minimum əməkhaqqı qədər aylıq pul olur, son olaraq 250 manat yüklənirdi. Deməli aylıq təxminən 125 min manat tək başçıya çatırdı. Xaçmazda ölü canların axtarışı əməliyyatı bu gün səhərdən başlayıb.

Bütün bu hoqqaların fonunda Şəmsəddin əmi şimali Qafqaz kurortlarının birinə istirahətə gedib. Büdcəni talamağın ən azğın üsullarından biridir. Məncə bu korrupsiya sxemi bütün rayonlarda tətbiq olunur”.

Yeniavaz.com xəbər verir ki, hazırda Dağıstanda olduğunu bildirən sabiq başçı, YAP-ın Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev Modern.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını bildirib:
"Mən hazırda Dağıstandayam. Xaçmazda 600 iş yerinin açılması doğrudur. Amma onların pullarının mənimsənilməsini Şəmsəddin Xanbabayev ömrü boyu edə bilməz. Mən ulu öndərlə bir yerdə işləmişəm. Mən ən ağır dövrlərdə-1990-cı illərdə Naxçıvanın Baş nazir olmuşam. 15 il möhtərəm Prezidentimizlə işləmişəm. Deyirlər desinlər də, hamı üçün nəsə deyirlər. Amma xahiş edirəm deyilənlərə inanmayın”.

Ş.Xanbabayev aylıq 125 min manat vəsaiti mənimsəməsilə bağlı fikirləri gülüşlə qarşılayıb:
"Harada idi o pul? (gülür) Allaha and olsun birinci dəfədir belə şey eşidirəm. Bu yaşımda ilk dəfədir ki, olmayan şeylərlə rastlaşıram. Ayıbdır, onu yazanlara deyin, Allahdan qorxsunlar, sadəcə günahdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.
Noyabrın 2-də isə Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Siyasət 23:15
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib
Siyasət 20:57
Azərbaycan nümayəndə heyəti MDB PA-nın iclasında iştirak etmək üçün Türkmənistana gedib
Paşinyan: Ermənistanın yeni Konstitusiyası sülhə xidmət etməlidir
Siyasət 19:19
Paşinyan: Ermənistanın yeni Konstitusiyası sülhə xidmət etməlidir
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib
Siyasət 18:56
Azərbaycan və Gürcüstan hərbi-dəniz qüvvələri əməkdaşlığı genişləndirməyi müzakirə edib
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Siyasət 17:48
Paşinyan: Azərbaycanla transsərhəd çayların idarə olunması üzrə müzakirələr aparılacaq
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Siyasət 17:39
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Siyasət 17:37
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Siyasət 16:59
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Siyasət 15:26
İlham Əliyev Latviya və Oman rəhbərlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol