Allahşükür Paşazadə: "Bəzi ölkələr dini radikalizmi maliyyələşdirir"

22:42 | 27.04.2015
Allahşükür Paşazadə:

Allahşükür Paşazadə: "Bəzi ölkələr dini radikalizmi maliyyələşdirir"

"Azərbaycan tolerant ölkədir. Biz burada bütün dinlərin nümayəndələri ilə birgə yaşayırıq, birlikdə tədbirlər keçiririk, dövlət mərasimlərinə qatılırıq”.
 
"Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının (CRİF) keçmiş rəhbəri Rişar Praskyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi yoxdur: "Bu bizim dövlət siyasətimiz baxımından da yolverilməzdir. Zaman-zaman Azərbaycanın daxili işlərinə müdaxilə edən, bizə təzyiq göstərən xarici qüvvələr olsa da, onların qarşısını vaxtında ala bilmişik. Azərbaycan din pərdəsi altında gizlənərək məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı da həmişə tədbirli olub. Bu gün dünyada elə ölkələr var ki, onlar hələ də dini radikalizmə və məzhəb ayrı-seçkiliyinə qarşı düzgün mübarizə apara bilmirlər, bir çoxları isə radikalizmə meyllidirlər və onları müəyyən ölkələr maliyyələşdirir”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM