Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə Azərbaycanda yaşayan pravoslavları Milad bayramı münasibətilə təbrik edib.Bu barədə
ANN.Az QMİ-nin rəsmi saytına istinadən məlumat verib.Şeyxülislamın Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandra ünvanladığı təbrik məktubunda deyilir: " Müsəlmanlar adından və şəxsən öz adımdan Azərbaycanda yaşayan Pravoslav kilsəsinin bütün övladlarını Milad bayramı və Yeni ilin başlaması münasibəti ilə ürəkdən təbrik edirəm".Qafqaz müsəlmanlarının dini liderinin məktubunda deyilir: "Uca Tanrı bizi yaxınlaşdıran və birləşdirən hər şeyin qorunub saxlanması və ləyaqətli inkişafı naminə cəhdlərimizə xeyir-dua verəcək və bütün Azərbaycan xalqının ümumi rifahına imkan yaradacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !