"Milan"ın baş məşqçisi Massimiliano Alleqri mövsümün sonunda klubdan ayrılacaq.
Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssis A seiyasında "Atalanta" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib:
"Yeni mövsümdə "Milan"ın baş məşqçisi olmayacam. Qərarımı artıq vermişəm və bunu rəhbərliyə bildirmişəm. Qərarımı dəyişdirməyəcəm".
M.Alleqri bildirib ki, "Milan"dakı karyerasını ən yaxşı şəkildə tamamlamaq istəyir: "Sonsuza qədər bir klubda qala bilməzsiniz. Dörd ildir buradayam və yaxşı işlər gördüyümə inanıram. Son dörd mövsüm Çempionlar Liqasında qaldıq və bu mövsüm Avropada sadəcə bir matç uduzduq".
Qeyd edək ki, Alleqri 2010-ci ildən "Milan" klubunu çalışdırır.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !