Sağlamlığımıza müsbət təsirləri olan almanın faydalarını az-çox hamı bilir. Amma adətən soyularaq atılan alma qabığının hansı faydalara sahib olduğunu bilirsiniz? ANS PRESS türk dietoloq Adil Taldemirə istinadla alma qabığının faydalarını bir-bir təqdim edir. Belə ki, almanın qabığı içinə nisbətən daha çox antioksidanta sahibdir. Həm şəkər xəstəliyindən qoyuru, həm də şəkəri aşağı salan təsiri var. Bundan əlavə alma qabığı xolestrola da müsbət təsir edir. İştahı kəsir, piylənmə ilə mübarizədə kömək edir, hərəkətsiz həyat tərzi ilə bağıə əzələ əriməsinin qarşısını alır. Xərçəng hüceyrələrinin də yaranmasının qarşısını alan alma qabığını dəriyə sürtməkdə olar. Bu həm dərinin elastikliyinə, həm də qırışlarla mübarizəsində faydalıdır. Diş sağlamlığı üçündə alma qabığından yararlanmaq olar. Çünki Alma qabığı dişləri təmizləyərək, diş ətini gücləndirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !